Azərbaycanda kompüter satışları avqustda azalıb

Azərbaycanda kompüter satışları avqustda azalıb
# 12 sentyabr 2022 12:59 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına istehlakçılar tərəfindən 315,2 mln. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 35,6% və ya 82,8 mln. manat çoxdur.
Bu ilin avqust satışlarının dəyəri isə iyul göstəricisi ilə müqayisədə isə 7,4 mln. manat və ya 19% azalaraq 39 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin ilk səkkiz ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. Bu, 2021-ci ilin eyni göstəricisindən 0,1 faiz bəndi çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR