Azərbaycanda məşğul əhalinin sayı artıb

Azərbaycanda məşğul əhalinin sayı artıb
# 14 sentyabr 2022 13:01 (UTC +04:00)

Bu ilin sentyabrın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5347,1 min nəfər olub, onlardan 5042,5 min nəfərini məşğul əhali təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1%, məşğul əhalinin sayı isə 1,5% artıb.

Cari il avqustun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1719,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 897,5 min nəfər, qeyri-dövlət sektorunda isə 821,6 min nəfər təşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda 31,4 min nəfər, qeyri neft-qaz sektorunda isə 1687,7 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,8%-i məhsul istehsalı sahələrində, o cümlədən 7,6%-i tikintidə, 7,4%-i emal sənayesində, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9%-i mədənçıxarma sənayesində, 1,9%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR