Azərbaycanda nəm salfet istehsal edən şirkətə güzəştli kredit ayrılıb

Azərbaycanda nəm salfet istehsal edən şirkətə güzəştli kredit ayrılıb
# 21 noyabr 2022 15:09 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Azərbaycanda yerli istehsala dəstək tədbirləri çərçivəsində "V-VVV" MMC-yə nəm salfet istehsalı üçün 200 min manat güzəştli kredit ayırıb.

"APA-Economics" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Twitter" hesabında qeyd edib.

"Sahibkarlara dəstəyin prioritet istiqamətlərindən biri kiçik və orta biznesin iqtisadiyyatın aparıcı amilinə çevrilməsidir", - deyə nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR