Azərbaycanda nəzarət-kassa aparatları ilə dövriyyə 6 mlrd. manatı keçib

Azərbaycanda nəzarət-kassa aparatları ilə dövriyyə 6 mlrd. manatı keçib
# 07 may 2022 14:50 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 6 mlrd. manatdan çox olub ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 41,9% üstələyir.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu günədək ölkə ərazisində 58 095 ədəd NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR