Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2,8% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2,8% artıb
# 12 sentyabr 2022 12:26 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30874,5 milyon manatlıq, o cümlədən 17426,0 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13448,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 3,6 faiz artıb.
2022-ci ilin yanvar-avqust aylarında alıcıların pərakəndə ticarət şəbəkələrində aldıqları mallara xərclədiyi vəsaitin 51,6 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının, 13,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2022-ci ilin yanvar-avqust aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib. 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,1 faiz, fərdi sahibkarlar üzrə 1,0 faiz, bazar və yarmarkalarda isə 6,3 faiz artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 383,8 manatlıq, o cümlədən 216,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 167,2 manatlıq qeyri-ərzaq malları alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR