Nazir müavini: "Azərbaycanda qeyri-neft məhsullarının ixracı bu il 18% artıb"

Nazir müavini: "Azərbaycanda qeyri-neft məhsullarının ixracı bu il 18% artıb"
  • Clock-gray 10:58
  • calendar-gray 19 İyun 2019

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın qeyri-neft məhsullarının ixracı 17,8% artıb. “APA-Economics”in məlumatına görə bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, ilk növbədə ölkədə istehsal olunan qeyri-neft məhsullarının çeşidlərinin və həcmlərinin artırılması istiqamətində işlər aparılır.

"Azərbaycanda sənaye parklarının rezidentləri tərəfindən məhsulun istehsalı artıq 1,4 mlrd. manata çatıb. Rezidentlər məhsullarının ixracına başlayıb. Belə ki, qeyd olunan 1,4 mlrd. manatın 267 mln. manatı məhz ixrac olunub", - deyə R. Məmmədov qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date