Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 38,1% artıb

Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 38,1% artıb
# 07 iyul 2022 14:14 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 38,1% artaraq 4 398,1 mln. manat təşkil edib.

APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, proqnoz 128,6% icra edilib.

“Vergi daxilolmalarında müşahidə olunan artımın mühüm hissəsi qeyri-neft-qaz sektorunun payına düşür”, - Mikayıl Cabbarov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR