Azərbaycanda qida məhsullarının istehsalı 12%-ə yaxın artıb

Azərbaycanda qida məhsullarının istehsalı 12%-ə yaxın artıb
# 12 avqust 2022 12:27 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında emal sənayesi üzrə 10 milyard 136,4 milyon manatlıq məhsul istehsal edilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% çoxdur.

Bu dövrdə qida məhsullarının istehsalı 11,5% artaraq 2 milyard 979,4 milyon manata çatıb. Geyim istehsalı 52% artaraq 88,5 milyon manata, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı isə 29,4% artaraq 12,4 milyon manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR