Azərbaycanda qızıl hasilatçısı Kanada şirkətində payını artırıb

Azərbaycanda qızıl hasilatçısı Kanada şirkətində payını artırıb
# 09 yanvar 2023 17:30 (UTC +04:00)

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti səhmdarı olduğu Kanadanın “Libero Copper & Gold Corporation" şirkətində payını artırıb.

Bu barədə "APA-Economics"ə şirkətdən bildirilib. "Anglo-Asian Mining"dən daxil olan məlumata görə, şirkət “Libero Copper"ə üçüncü dəfə sərmayə edib. Onun 2,6 milyon səhmini 289 min ABŞ dolları qarşılığında əldə edib. "Anglo-Asian Mining"in Kanada şirkətində payı bununla da 19,8%-ə yüksəlib, ümumi sahib olduğu adi səhmlərin sayı isə 18,1 milyon ədəd təşkil edib.

Qeyd edək ki, yeni investisiya şirkətin Kolumbiya və Argentinadakı Mocoa və Esperanza mis porfiri layihələrində kəşfiyyat işlərinin həyata keçirilməsinə yönəldiləcək. “Libero Copper" ümumilikdə bu məqsədlə 1,5 milyon ABŞ dolları məbləğində səhm buraxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR