Azərbaycanda rabitə xidmətlərin dəyəri 15%-dən çox artıb

Azərbaycanda rabitə xidmətlərin dəyəri 15%-dən çox artıb
# 13 sentyabr 2022 15:39 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən 1729,2 mln. manatlıq xidmət göstərilib.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri cari ilin ilk səkkiz ayında real ifadədə 15,3% artıb.
“Xidmətlərin 75,9%-i əhali tərəfindən istehlak olunub", - Komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR