Azərbaycanda rəqəmsal məşğulluğun 90%-ə çatdırılması hədəflənib

Mustafa Abbasbəyli

© APA | Mustafa Abbasbəyli

# 19 yanvar 2022 17:01 (UTC +04:00)

Azərbaycanda innovativ yanaşmalarının tətbiqi, rəqəmsal məşğulluğun əhatə dairəsinin artırılması işsizliyinin səviyyəsinin 4%-ə endirilməsinə imkan yarada bilər.

APA-Economics” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Dünya Bankının birgə təşkilatçılığı ilə “Azərbaycanda əmək bazarı çağırışları və gələcəyə baxış” mövzusunda keçirilən tədbirdə çıxış edərkən Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, əmək bazarının ehtiyaclarına cavab vermək üçün təhsil sektorunun çevikliyi və uyğunluğu vacib şərtdir.

“Bu məqsədlə təhsilinin keyfiyyətinin artırılması və innovativ yanaşmalarının tətbiqi, xüsusilə də ölkədə rəqəmsal məşğulluğun əhatə dairəsinin artırılması, peşə təhsilinin təkmilləşdirilməsi işsizliyinin səviyyəsinin 4%-ə endirilməsi kimi qarşıya qoyulan ambisiyalı hədəflərə nail olmağa imkan yarada bilər”, - deyə M. Abbasbəyli qeyd edib.

O həmçinin bu sahədə 2022-ci ildə icra olunacaq daha 6 layihə çərçivəsində rəqəmsal məşğulluğu 90%-ə çatdırmaq hədəfinə nail olunması, eləcə də işsizliyə görə sığorta, müavinət və aşağı gəlirin kompensasiyası mexanizmlərinin fəal məşğulluğu dəstəkləməsinin əhəmiyyətini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR