Azərbaycanda sahibkarlara xidməti pasportlar verilə bilər

Azərbaycanda sahibkarlara xidməti pasportlar verilə bilər
# 24 yanvar 2022 13:17 (UTC +04:00)

Fəaliyyəti xarici bazarlara yönələn sahibkarlar tərəfindən xidməti pasportların alınması ilə bağlı məsələ qaldırılsa, bu məsələyə baxıla bilər.

"APA-Economics" xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin 2021-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında çıxış edərkən deyib.

O bildirib ki, xidməti pasportların verilməsi "Pasportlar haqqında" Qanunla tənzimlənir.

"Biz bilməliyik ki, bu pasportlar sahibkarlara nə verəcək. Bu əsaslandırılarsa bu məsələyə baxıla bilər. Hər ölkədə bu fərqli olur. Misal olaraq, ABŞ və ya bir sıra Avropa ölkəsində xidməti pasport adi pasportlardan fərqlənmir. Odur ki, ehtiyac yaransa, sahibkarlar da bu məsələni qaldırsalar, məsələyə baxıla bilər", - deyə O. Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR