Azərbaycanda sənaye zonalarına 6,4 mlrd. manatdan çox investisiya yatırılıb

Azərbaycanda sənaye zonalarına 6,4 mlrd. manatdan çox investisiya yatırılıb
# 12 may 2022 16:10 (UTC +04:00)

Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,4 mlrd. manatdan çox investisiya yatırılıb və 10 mindən çox daimi iş yeri yaradılıb.

İqtisadi Zonaların İnkişafı Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 mln. manatadək investisiyanın yatırılması və 2600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye zonaları üzrə indiyədək ümumilikdə 6,5 mlrd.manatdan çox məhsul istehsal edilib, bunun 2,1 mlrd. manatı (təqribən 32 %-i) ixrac olunub.

Sənaye zonalarında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2021-ci ilin I rübündə sənaye zonalarında 373 mln. manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ilin I rübündə 82,6% (681 mln. manatlıq) məhsul istehsal olunub. İxrac isə 2021-ci ilin analoji dövrü (119,9 mln. manat) ilə müqayisədə təqribən 2,7 dəfə artaraq 318 mln. manat təşkil edib.
2022-ci ilin I rübündə 681 mln. manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,8%, qeyri-neft sənaye məhsullarının ixracında 36,3 % (318 mln. manat) olub.
Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 40-dan çox ölkəsinə ixrac edilib.

Xatırladaq ki, indiyədək sənaye zonalarında 101 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR