Azərbaycanda tikinti materialları istehsalı 25% artıb

Azərbaycanda tikinti materialları istehsalı 25% artıb
# 12 avqust 2022 16:31 (UTC +04:00)

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 620,2 milyon manat dəyərində tikinti materialları istehsal edilib.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,9 faiz çoxdur.

Dövr ərzində tikinti gipsinin istehsalı 36,6 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı 34,5 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 23,1 faiz, tikinti əhənginin istehsalı 12,7 faiz, asfaltın istehsalı isə 0,2 faiz artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR