Azərbaycanda tikinti materiallarının istehsalı 22%-dək artıb - CƏDVƏL

Azərbaycanda tikinti materiallarının istehsalı 22%-dək artıb - CƏDVƏL
# 14 sentyabr 2022 12:47 (UTC +04:00)

Tikinti materiallarının istehsalı sahəsində 2022-ci il yanvar-avqust aylarında istehsalın ümumi dəyəri 712,9 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21,7% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, dövr ərzində tikinti gipsinin istehsalı 43,5%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı 26,3%, asfaltın istehsalı 25,6%, hörmə üçün hazır beton qarışığının istehsalı 23,9%, tikinti əhənginin istehsalı isə 10,7% artıb.

Tikinti materiallarının istehsalı sahəsində istehsal edilən əsas məhsullar:

Mәhsul növlәri

2022-ci ilin yanvar-avqust aylarında istehsal edilib

Әvvәlki ilin müvafiq ayına nisbәtәn, faizlә

Sement, min ton

2329,6

104,8

Tikinti gipsi, min ton

27,4

143,5

ondan әmtәәlik

-

-

Tikinti әhәngi, min ton

26,8

110,7

Sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri, min ton

72,9

126,3

Betondan yığma tikinti konstruksiyaları, min kub metr

30,3

66,2

Asfalt, min ton

115,9

125,6

Tikinti kәrpici, min kubmetr

410,7

104,8

Hörmә üçün hazır beton qarışığı, min ton

2134,9

123,9

Emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar, ton

20630,0

75,8

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR