Azərbaycanda traktor istehsalı avqustda kəskin artıb

Azərbaycanda traktor istehsalı avqustda kəskin artıb
# 14 sentyabr 2022 13:37 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 404 traktor istehsal olunub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, ötən ilin eyni dövrü ilə müqayisədə traktor istehsalı 6,5% azalıb.

Təkcə avqust ayında 101 traktor buraxılıb ki, bu da iyul ayı ilə müqayisədə 2,3 dəfə və ya 57 ədəd çoxdur.

Sentyabrın 1-nə hazır məhsul ehtiyatı isə 27 traktor təşkil edib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda 651 traktor istehsal olunub ki, bu da 2020-ci il ilə müqayisədə 2,2 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR