Azərbaycanın mobil rabitə sektorunun gəlirləri artıb

Azərbaycanın mobil rabitə sektorunun gəlirləri artıb
# 13 iyun 2022 09:43 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 408,1 mln. manat təşkil edib.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Hesabat dövründə, ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,7 mln. manat və ya 7,5% artıb.
Cari ilin may ayı ərzində mobil rabitə sektoru üzrə əldə olunan gəlirin həcmi ötən ilin eyni ayı ilə müqayisədə 8,1% və ya 6,4 mln. manat artaraq 84,9 mln. manat olub.

Bu ilin aprel ayı ilə müqayisədə isə bu göstərici 0,8% və ya 0,7 mln. manat artıb.

Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 39,6%-ni təşkil edib.

“Bu ilin ilk beş ayında ümumilikdə informasiya və rabitə müəssisələri tərəfindən 1030,4 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 76,6%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri cari ilin yanvar-may aylarında real ifadədə 14,8% artıb", - komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR