Azərbaycanın qeyri-neft ixracı 14% artıb

Azərbaycanın qeyri-neft ixracı 14% artıb
# 06 dekabr 2022 10:58 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2 688,09 mln. ABŞ dolları təşkil edib.

Bu barədə "APA-Economics"ə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən – AZPROMO-dan bildirilib.

Qeyd olunur ki, cari ilin ilk 11 ayında Azərbaycanın qeyri-neft ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 14% artıb.

Təkcə bu ilin noyabr ayında isə Azərbaycandan 302,13 mln. ABŞ dollarlıq qeyri-neft məhsulları ixrac edilib ki, bu da əvvəlki ayla müqayisədə 12,2% çoxdur.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 47,2% artaraq 2 713,4 mln. ABŞ dolları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR