Azərbaycanla ABŞ arasındakı ticarət dövriyyəsi bu il ilk dəfə artıb

Azərbaycanla ABŞ arasındakı ticarət dövriyyəsi bu il ilk dəfə artıb
  • Clock-gray 10:37
  • calendar-gray 19 İyun 2019

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanla ABŞ arasında aparılan ticarət dövriyyəsinin həcmi 392 685,87 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycandan ABŞ-a ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 25,4 dəfə azalaraq 7 940,55 min dollar, idxal isə 2,1 dəfə artaraq 384 745,32 min dollar təşkil edib.

Cari ilin yanvar-may aylarında 376 804,77 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanla ABŞ arasında aparılan ticarət dövriyyəsinin həcmi 25,2%, yanvar-mart aylarında 18,5 dəfə, yanvar-fevral aylarında 35,5%, yanvarda isə 31,4% azalıb.

Nicat Mustafayev

Digər xəbərlər

Arxiv

date