Azərbaycanla İsrail arasında investisiya müqaviləsi imzalanıb

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 29 iyul 2022 11:14 (UTC +04:00)

Azərbaycan İnvestisiya Şirkəti və İsrailin aparıcı qlobal kapital kraudfandinq platforması olan "OurCrowd" şirkəti arasında investisiya müqaviləsi imzalanıb.

"APA-Economics" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Tvitter" hesabında paylaşım edib.

O bildirib ki, sənədə əsasən Azərbaycan İnvestisiya Şirkəti Azərbaycan iqtisadiyyatına töhfə verə biləcək bu şirkətin startaplarına investisiya yatıracaq.

İsrailin Azərbaycandakı səfiri Corc Dik də bununla bağlı "Twitter"də paylaşım edib.

"Ölkələrimiz arasında iqtisadi münasibətlər böyüməyə davam edir. Ölkələrimizin inkişafına töhfə verəcək bu vacib əməkdaşlığa görə, Azərbaycan İnvestisiya Şirkəti və İsrailin "OurCrowd" şirkətini təbrik edirəm" diplomat qeyd edib”, - səfir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR