Tümen vilayəti qubernatorunun müavini Andrey Panteleyevlə Azərbaycanın baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev arasında görüş keçirilib.
“APA-Economics” xəbər verir ki, bu barədə bu gün Tümen vilayəti hökumətinin informasiya mərkəzi məlumat yayıb.
Görüşdə tərəflər neft-qaz sahəsində əməkdaşlıq və Tobolsk Sibur bazasında regionda yaradılan Neft-Kimya Klasterində biznesin inkişafı məsələlərini müzakirə ediblər.
"2021-ci ildə Tümen vilayətinin Azərbaycanla xarici ticarət dövriyyəsi 3,3 dəfə artaraq 2,436 mln. ABŞ dolları təşkil edib ki, bunun da ixracı – 2,4 mln. dollar, idxalı - 36 min dollar təşkil edib", - məlumatda deyilir.
Hazırda ticarət-iqtisadi, elmi-texniki və sosial-mədəni sahələrdə əməkdaşlığa dair saziş layihəsinin hazırlanması tamamlanmaq üzrədir.