Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi 12%-dən çox artıb

Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi 12%-dən çox artıb
# 06 iyul 2022 13:42 (UTC +04:00)

Ötən il Azərbaycanla Türkiyənin arasında ticarət dövriyyəsi 4,7 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin göstəricisini 12%-dən çox üstələyir.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan-Türkiyə əməkdaşlığına həsr olunan xüsusi sessiyada çıxış edərkən Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO​) rəhbəri Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, Azərbaycanın Türkiyəyə ixracı ötən il illik ifadədə 8,5% artaraq 2,8 mlrd. dollara yaxınlaşıb.

Yusif Abdullayev bildirib ki, ölkələr arasında artıq fəaliyyətdə olan Preferensial Ticarət Sazişi bu anlamda çox önəmli mexanizmdir: “Bu saziş çərçivəsində hər iki ölkədən 15 məhsulun heç bir rüsum olmadan ixracı nəzərdə tutulur. Biz istərdik ki, bu siyahı artsın, məhsulların çeşidi daha da genişləndirilsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR