“Azerçay” Qarabağda keçirilən ilk beynəlxalq turnirə dəstək verdi - FOTO

“Azerçay” Qarabağda keçirilən ilk beynəlxalq turnirə dəstək verdi - FOTO
# 06 may 2022 17:45 (UTC +04:00)

Doğma çay “Azerçay” işğaldan azad edilən Qarabağ torpaqlarında ilk dəfə keçirilən “Prezident kuboku-2022” adlı beynəlxalq turnirə çay təminatı dəstəyi verib.

“Azersun Holding”dən “APA-Economics”ə verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin 99 illiyi münasibəti ilə Tərtər rayonu, Suqovuşan qəsəbəsində təşkil edilən yarışmada kayak və kanoe üzrə Azərbaycan idmançıları ilə yanaşı, Gürcüstan, Moldova, Türkiyə və Özbəkistan atletləri öz məharətini göstərirlər. Turnirdə tərəfdaş qismində iştirak edən “Azerçay” markasının nümayəndələri yarış boyu yerli və xarici iştirakçılara milli çay brendi haqqında məlumatlar verib, xüsusi ayrılmış zonada onları çay süfrəsinə qonaq edib.

Qeyd edək ki, “Azerçay” mütəmadi olaraq ölkəmizdə təşkil edilən yerli və beynəlxalq tədbirlərin təşkilinə dəstək verməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR