"Azerçay" qəhrəmanlarımıza həsr olunmuş layihə həyata keçirib

"Azerçay" qəhrəmanlarımıza həsr olunmuş layihə həyata keçirib
# 28 sentyabr 2021 11:43 (UTC +04:00)

Azərbaycanın ilk milli çay markası olan “Azerçay” Vətənə olan bağlılığını nümayiş etdirərək qəhrəmanlarımıza həsr olunmuş layihələr reallaşdırmağa davam edir.

Belə ki, dünyanın müxtəlif ölkələrində sevilərək içilən ”Azerçay” Vətən uğrunda şərəflə döyüşmüş şəxslərin tanıdılması və təbliği məqsədilə “Doğma qəhrəmanlar” layihəsini təqdim edib. Rəşadətli ordumuzun zəfər yoluna həsr olunmuş layihə çərçivəsində Vətənimizin bütövlüyü uğrunda döyüşmüş Zakir Babayev, Ruhin Mikayılov, Amin Musayev və Tərlan Həsənovun iştirakı ilə video-çarxlar hazırlanıb. Vətənimizin bütövlüyü uğrunda döyüşmüş qəhrəmanlar zəfərə gedən şərəfli yol barədə xatirələrini bölüşüblər.

Qeyd edək ki, dünyanın 40-dan artıq ölkəsində “Made in Azerbaijan” yazısını üzərində daşıyaraq ölkəmizi layiqincə təmsil etməkdən qürur duyan “Azerçay” bu istiqamətdə silsilə layihələr reallaşdırmağa davam edəcək.

Videolar “Azerçay” markasının “YouTube” kanalına daxil olaraq izləyə bilərsiniz

Link: https://www.youtube.com/watch?v=5nPZNQHwUmo

Zakir Babayev: https://www.youtube.com/watch?v=UhkGHVnNU3A

Ruhin Mikayılov: https://www.youtube.com/watch?v=mallJirgK6s

Tərlan Həsənov: https://www.youtube.com/watch?v=KJ_wP9N5eCY

Amin Musayev: https://www.youtube.com/watch?v=2pkQq0EtC38

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR