"Azərsu" 637 min manatlıq kartric alıb

"Azərsu" 637 min manatlıq kartric alıb
# 26 iyul 2022 10:50 (UTC +04:00)

“Azərsu” ASC daxili vəsaiti hesabına printerlər üçün kartriclərin satın alınması üzrə tenderə yekun vurub.

"APA-Economics" dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi "AE UNION" MMC seçilib. 2854 müxtəlif markalı kartricin satınalınması üçün şirkətlə 636 995 manatlıq müqavilə imzalanıb.

Qeyd edək ki, bir kartricin orta qiyməti 223,2 manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR