"Azexport" portalına daxil olan ixrac sifarişləri martda 26%-dək artıb

"Azexport" portalına daxil olan ixrac sifarişləri martda 26%-dək artıb
# 29 aprel 2022 13:50 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azexport.az portalına 132,6 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1% artıb.
Martda Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 48,7 mln. dollar təşkil edib ki, bu da fevral ayının göstəricisindən 25,8% çoxdur. 2022-ci ilin mart ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin tərkibində toyuq tibbi tənzif, zəli, tikinti materialları, tütün, buğda unu, qarğıdalı yağı, günəbaxan yağı, kartof, çiyələk və s. məhsullar üstünlük təşkil edib.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 31 mart tarixinə kimi (63 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,94 mlrd. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR