“Azpetrol” yanacaqdoldurma məntəqələrinin sayını 93-ə çatdırıb

“Azpetrol” yanacaqdoldurma məntəqələrinin sayını 93-ə çatdırıb
# 25 iyul 2022 09:22 (UTC +04:00)

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, Strateji inkişaf planına uyğun olaraq, paytaxt Bakıda yanacaqdoldurma məntəqələrinin sayını artırmaqda davam edir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, müştəri məmnuniyyətinin təmin edilməsi və xidmət keyfiyyətinin müasir standartlara uyğunlaşdırılması - “Azpetrol” şirkətinin prioritet fəaliyyət istiqamətlərindəndir.
“Azpetrol” şirkəti tələbatın artması və çoxsaylı təklifləri nəzərə alaraq, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 15-ci km, 1C ünvanında yerləşən “Mayak” qazdoldurma məntəqəsində (QDM) yenidənqurma işləri aparıb. Həyata keçirilən yenidənqurma işləri nəticəsində qazdoldurma məntəqəsi (QDM) yanacaqdoldurma məntəqəsinə (YDM) çevrilib və ərazidə maye-qaz doldurma postu (LPG) yaradılıb.
Bununla da, “Azpetrol” şirkətinin yanacaqdoldurma məntəqələrinin sayı 93-ə çatdırılıb.
Yenilənmiş “Mayak-3-YDM” ərazisində sürücülərə həmçinin kafe, “Azpetrol” və bank kartlarına xidmət, bankomat, maye-qaz doldurma postu (LPG) və sıxılmış təbii qaz postu (CNG) xidmətləri də təklif olunur.

Qeyd edək ki, mövcud yanacaqdoldurma məntəqələrində aparılan işlər “Azpetrol” şirkətinin 25-illik yubileyi münasibəti ilə həyata keçirilir. Şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. “Azpetrol” şirkətinin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 93 yanacaqdoldurma məntəqəsi, 2 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən müasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 neft bazası, yanacaq daşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 3 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR