Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 2,6 mln. manat güzəştli kredit verilib

Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 2,6 mln. manat güzəştli kredit verilib
# 11 sentyabr 2019 16:05 (UTC +04:00)

Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 2,6 mln. manat məbləğində güzəştli kredit verilib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, kreditlər heyvandarlıq, bağçılıq, çörək, tara, mebel istehsalı və s. sahələrə yönəldiləcək.

Qeyd edək ki, bu günədək Bakı şəhəri, həmçinin onun kənd və qəsəbələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 731 investisiya layihəsinin maliyyələşdirilməsinə 686,6 mln. manat güzəştli kredit verilib. Ölkə üzrə bu ilin ötən dövründə investisiya dəyəri 400,4 mln. manat olan 774 investisiya layihəsinin maliyyələşdirilməsinə 101,4 mln. manat güzəştli kredit verilib.

Bu kreditlərdən yararlanmaqla investisiya layihələrinin reallaşdırılması 3 400-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Bu ilin ötən dövründə verilən kreditlərin 96,3%-i kiçik və orta həcmli kreditlər olmaqla, kiçik və orta biznes layihələrinin maliyyələşdirilməsinə yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR