"Bakı Toxucu" QSC-nin İdarə Heyətinə sədr seçiləcək

"Bakı Toxucu" QSC-nin İdarə Heyətinə sədr seçiləcək
# 11 avqust 2022 09:31 (UTC +04:00)

Sentyabrın 24-də "Bakı Toxucu" QSC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

"APA-Economics" xəbər verir ki, gündəlikdə QSC-nin illik hesabatı, İdarə Heyəti sədrinin və üzvlərinin seçilməsi və digər təşkilati məsələlər yer alıb. Bundan əlavə, səhmlərin alqı-satqısı məsələsi də müzakirə ediləcək.

Qeyd edək ki, "Bakı Toxucu" QSC səhmdarlarının illik ümumi yığıncağı Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 47. ünvanında baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR