Bakıda Azərbaycan-İsrail biznes forumu keçirilir

Bakıda Azərbaycan-İsrail biznes forumu keçirilir
# 18 may 2022 16:34 (UTC +04:00)

Bakıda Azərbaycan-İsrail biznes forumu keçirilir. "APA-Economics" xəbər verir ki, forumda İsrail tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrində (suvarma, quşçuluq, heyvandarlıq, əkinçilik, toxumçuluq və s.) fəaliyyət göstərən 50 yaxın şirkət iştirak edir.

"APA-Economics" xəbər verir ki, tədbir ərzində İsrail şirkətlərinə ölkədə investisiya mühiti barədə ətraflı məlumat təqdim olunub.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar innovasiya mərkəzinin direktoru Əkbər Abbasovun sözlərinə görə, bu həm birgə layihələrin həyata keçirilməsi, həm də həmin şirkətlərin Azərbaycanda öz investisiyalarının təmsil edilməsi üçün əhəmiyyətlidir.

"Hazırda iş adamlarının iştirakı ilə B2B görüşlər keçirilir. Şirkətlər öz fəaliyyətlərinə uyğun olan şirkətlərlə müzakirələr aparırlar. Onların öz biznes maraqlarına, fəaliyyət sahələrinə uyğun olaraq, böyük sayda razılaşmaların əldə olunacağına və ən son texnologiyaların, elmi araşdırmaların nəticələrinin Azərbaycanın kənd təsərrüfatında tətbiq olunacağına, həmçinin ölkədə bu sahədə İsrail investisiyalarının cəlb ediləcəyinə ümid edirik",- deyə Əkbər Abbasov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR