Bakıda Azərbaycan və Krasnodar vilayətinin sahibkarları arasında işgüzar görüş keçirilib

Bakıda Azərbaycan və Krasnodar vilayətinin sahibkarları arasında işgüzar görüş keçirilib
# 14 sentyabr 2022 14:36 (UTC +04:00)

Bakıda Azərbaycan və Rusiya Federasiyasının Krasnodar vilayəti sahibkarları arasında işgüzar görüş keçirilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) “APA-Economics”ə verilən məlumata görə, görüşdə hər iki tərəfdən kənd təsərrüfatı, qida sənayesi, İKT, qablaşdırma, tikinti, ticarət və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.

Tədbirdə Azərbaycanda yaradılan biznes və investisiya mühiti barədə məlumat verilib, hər iki ölkənin iş adamları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti, bunun üçün böyük potensialın olduğu vurğulanıb, işgüzar görüşlərin əlaqələrin inkişafına töhfə verdiyi diqqətə çatdırılıb.

Görüşdə iqtisadi-ticarət tərəfdaşlığının, biznes dairələri arasında əlaqələrin inkişafı istiqamətləri barədə fikir mübadiləsi aparılıb, hər iki ölkənin iş adamları təqdimatlarla çıxış edib.

Tədbir sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR