Bakıda ilk dəfə "SKYWELL ET5" elektrik avtomobili təqdim olunub - FOTO

Bakıda ilk dəfə "SKYWELL ET5" elektrik avtomobili təqdim olunub - FOTO
# 02 noyabr 2022 10:43 (UTC +04:00)

Avtomobil satışı və texniki xidməti sahəsində 20 illik təcrübəyə malik peşəkarlar tərəfindən təsis edilən “ONVOLT” MMC Bakıda Çinin premium elektromobil brendləri arasında dinamik inkişafı ilə seçilən SKYWELL brendinin yeni SKYWELL ET5 modelini təqdim edib.

"APA-Economics" xəbər verir ki, Azərbaycanda ilk və eksklüziv rəsmi elektromobil idxalçısı olan ONVOLT şirkəti eyni zamanda ilk dəfə olaraq yalnız elektrik avtomobili satışı həyata keçirən satış-sərgi salonunu da müştərilərin istifadəsinə verib.

Tədbirdə SKYWELL konserninin regional satış direktoru xanım Çen Quanrong, Çinin Nanjing İqtisadi Zonasının nümayəndəsi cənab Çen Kay və Çin Xalq Respublikasının Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfirinin müşaviri cənab Ma Çi iştirak ediblər.

Təqdim edilən avtomobil və satış-sərgi salonu qonaqlar və media nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb. Açılış mərasimindən əvvəl, şirkətin direktor müavini Nəzmi İsmayılov media nümayəndələrinə və qonaqlara satış salonunun özəllikləri və SKYWELL ET5 avtomobili haqqında məlumat verib.

Daha sonra jurnalistlərin suallarını cavablandıran şirkət rəsmiləri qeyd ediblər ki, Azərbaycanda SKYWELL avtomobillərinə texniki xidmət “Motor House” texniki xidmət mərkəzində həyata keçirilir. “Motor House” TXM öz texniki imkanları və müasir texnoloji təchizatına, eyni zamanda sahəsinə görə Azərbaycanın ən böyük texniki xidmət mərkəzidir. Burada elektrik avtomobillərinə texniki xidmət göstərmək üçün xüsusi təlim keçmiş peşəkar ustalar və müasir avadanlıqlarla təchiz olunmuş xüsusi xidmət sahəsi mövcuddur. “ONVOLT” şirkəti tərəfindən SKYWELL avtomobillərinə hər növ texniki xidmət göstərilməsi üçün böyük ehtiyat hissələri anbarı təşkil edilmişdir. Bütün bunlar SKYWELL avtomobillərinin sahiblərinə yüksək səviyyəli xidmət göstərilməsinə zəmanət verir.

Təqdim edilən SKYWELL ET5 avtomobili, müasir lüks avtomobillərə məxsus bütün konfiqurasiyalar ilə tam təchiz olunub. Azərbaycana “ONVOLT” MMC tərəfindən gətirilən SKYWELL ET5 avtomobilləri Avropa ölkələrinə ixrac üçün nəzərdə tutulmuş variantdadır və Avropa standartlarına tam cavab verir. Ölçüləri 4,698×1,908×1,696 mm olan, SUV seqmentinə aid SKYWELL ET5 avtomobili 204 at gücünə malikdir. Bu avtomobil tam dolu batareya ilə 520 km məsafəni qət edir. Avtomobilin batareyası 30 dəqiqə ərzində 70% enerji toplaya bilir. Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) tərəfindən, may ayında Bakı-Mingəçevir marşrutu üzrə təşkil edilmiş “yaşıl ölkə” eko-avto yürüşü zamanı, SKYWELL ET5 öz texniki göstəricilərini tam təsdiq edib. Təsadüfi deyil ki, SKYWELL ET5 avtomobili 2022-ci ildə Türkiyədə “ilin elektrik avtomobili” nominasiyasının qalibi seçilmişdir. Xatırladaq ki, Türkiyədə, İsraildə, Avropada və Amerikada satışa çıxarıldığı ilk gündən SKYWELL ET5 avtomobili alıcıların xüsusi rəğbətini qazanıb.

Avtomobillərə 5 il və ya 150.000 km, batareyasına isə 8 il zəmanət verilir. Avtomobil müştərilərə beş ilədək müddətə, sərfəli kredit şərtləri ilə təklif olunur.

SKYWELL ET5 avtomobillərinin satış və sərgi salonu Ceyhun Hacıbəyli 194 ünvanında yerləşir. Əlavə məlumat almaq və sınaq yürüşünə yazılmaq üçün (+994 12) 440 00 07 və (+994 99) 440 00 07 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR