Bakı şəhəri üzrə bu ilin yanvar-mart aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı açıqlanıb.
Bakı Şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 12,3% artaraq, 1040,9 manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında paytaxtda orta aylıq nominal əməkhaqqı 979 manat olub.