Bakıda "Partners & Business" sərgisi və konfransı keçiriləcək

Bakıda "Partners & Business" sərgisi və konfransı keçiriləcək
# 13 iyun 2022 12:00 (UTC +04:00)

16-18 iyun tarixlərində Bakıda "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “APA-Economics”ə verilən məlumata görə, sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər tərəfindən xidmətlər, idxal, ixrac və istehsal olunan məhsullar nümayiş olunacaq.

200-ə yaxın şirkətin iştirakının nəzərdə tutulduğu sərginin məqsədi Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Sərgi çərçivəsində sahibkarların və dövlət qurumlarının iştirakı ilə beş panel iclasdan ibarət konfrans keçiriləcək.

Sərgidə iştirak etmək üçün partners.az saytında qeydiyyatdan keçmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR