Bakıda QDTİB-in Direktorlar Şurasının 24-cü İllik Toplantısı keçiriləcək

Bakıda QDTİB-in Direktorlar Şurasının 24-cü İllik Toplantısı keçiriləcək
# 08 iyun 2022 10:07 (UTC +04:00)

24 iyun tarixində Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Direktorlar Şurasının 24-cü İllik Toplantısı keçiriləcək.

APA-Economics” xəbər verir ki, Azərbaycanın sədrliyi ilə keçiriləcək toplantı çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə "Dəyişən dünyada Azərbaycanın şaxələndirilmiş və innovativ iqtisadiyyatının dəstəklənməsində QDTİB-in rolu" adlı biznes forum baş tutacaq.

Forumda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair müzakirələr aparılacaq, biznes və investisiya mühitinə dair təqdimat keçiriləcək, iş adamları arasında görüşlər təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR