Bakıda Startuplar üçün MDB-də ilk mərkəz yaradılacaq

Bakıda Startuplar üçün MDB-də ilk mərkəz yaradılacaq
# 28 aprel 2022 10:43 (UTC +04:00)

Bakı KOB evində Startuplar üçün MDB məkanında ilk “Equipment sharing” modeli əsasında fəaliyyət göstərəcək Mərkəzin yaradılması nəzərdə tutulur.

"APA-Economics" xəbər verir ki, bunu "Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, burada müxtəlif texnoloji avadanlıqlar, serverlər və şəbəkə sistemləri startapların ortaq istifadəsinə veriləcək.

"Bundan əlavə, yaradılması nəzərdə tutulan Model müəssisə startup-ların mikro istehsal tirajlarını yerləşdirməyə və KOB-lara ən səmərəli istehsal proseslərini sınaqdan keçirərək öz müəssisələrində tətbiqinə şərait yaradacaq. KOB-lara rəqəmsal həllərin daha da əlçatan edilməsi məqsədilə bulud texnologiyaları əsasında bu cür həllər onların ortaq istifadəsinə təqdim ediləcək.',- deyə Orxan Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR