Bakıda ticarət dövriyyəsi 5%-dan çox artıb

Bakıda ticarət dövriyyəsi 5%-dan çox artıb
# 27 may 2022 16:28 (UTC +04:00)

Bu ilin ilk 4 ayında Bakı üzrə ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 5,4 % artaraq 7961,7 mln. manat olub.

Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1% artaraq 4 252 mln.manata, qeyri-ərzaq məhsullarının həcmi isə 9,7% artaraq 3 709,7 mln. manata bərabər olub.

Məlumata görə, istehlak məhsullarının 37,7%-i hüquqi şəxs statuslu müəssisələrdə, 35,4%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,9%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR