Bu ilin yanvar-aprel aylarında Bakının ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 89,8% artaraq 270,8 mln. manat olub.
"APA-Economics"in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 170,9 mln. manat olub ki, bu da ümumi dövriyyənin 63,1%-ni təşkil edib.