Başqırdıstandan Azərbaycana 18 tondan çox hinduşka əti tədarük edilib

Başqırdıstandan Azərbaycana 18 tondan çox hinduşka əti tədarük edilib
# 20 aprel 2022 15:29 (UTC +04:00)

Başqırdıstandan olan hinduşka əti istehsalçısı Azərbaycana ümumi çəkisi 18 tondan çox olan yarımfabrikatların növbəti partiyasını göndərib.

"APA-Economics" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata istinadən xəbər verir ki, bu, ilin əvvəlindən sayca ikinci göndərişdir.

Göndərilməzdən əvvəl məhsullar “Rosselxoznadzor”un Başqırdıstan Respublikası üzrə İdarəsinin əməkdaşları tərəfindən yoxlanılıb və seçilən ət nümunələri nəzarət orqanının laboratoriyasında sınaqlarından keçirilib.

Qeyd olunur ki, quşçuluq müəssisəsi ilin əvvəlindən Azərbaycana ümumilikdə 32,1 min tondan çox quş əti ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR