Belarus Azərbaycanda 15 mln. dollar dəyərində traktor dəsti tədarük edəcək

Belarus Azərbaycanda 15 mln. dollar dəyərində traktor dəsti tədarük edəcək
# 20 may 2022 09:59 (UTC +04:00)

Gəncə Avtomobil Zavodu ilə Minsk Traktor Zavodu arasında 15 mln. ABŞ dolları dəyərində 950 traktor dəstinin tədarükünə dair müqavilə imzalanıb.

APA-Economics” xəbər verir ki, son 15 illik əməkdaşlıq dövründə müəssisələrin birgə səyləri ilə 12 mindən çox traktor satılıb. Cari ildə isə mindən çox traktorun satışı planlaşdırılır.

Bundan əlavə, becərmə, əkinlərə qulluq, məhsul yığımı və yem üçün traktorlara quraşdırılan və qoşqulu avadanlıqların tədarükünü təşkil etməklə Belarus kənd təsərrüfatı texnikasının Azərbaycana idxal spektrinin genişləndirilməsi perspektivləri mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR