Beynəlxalq maliyyə qurumları Qarabağa şirkətlərin cəlb edilməsində effektiv ola bilər

Beynəlxalq maliyyə qurumları Qarabağa şirkətlərin cəlb edilməsində effektiv ola bilər
# 17 may 2022 12:21 (UTC +04:00)

Beynəlxalq maliyyə şirkətləri Qarabağda imkanlar barədə xarici şirkətlərin cəlbində səmərəli ola bilər.

APA xəbər verir ki, bunu Avropa İnvestisya Bankının Cənubi Qafqaz regionu üzrə Nümayəndəliyinin rəhbəri Maciej Czura Avropa İttifaqı (Aİ) - Azərbaycan Biznes Forumunda çıxışında deyib. O çıxışında bildirib ki, Aİ Azərbaycanda həm hökumət sektoruna, həm də biznes sektoruna dəstək verir.

Maciej Czura nəqliyyat logistika sahəsində Azərbaycanın potensialına toxunub və bildirib ki, bu həm də ölkənin yerləşdiyi regionla bağlıdır: "Sənaye sahəsində isə rəqəmsallaşma sahəsində irəliləyişləri qeyd etmək istəyirəm. Yaşıl iqtisadiyyat həm ətraf mühit üçün önəmlidir, həm də yeni iş imkanları təklif edir. Beynəlxalq maliyyə institutları Qarabağ və Şərqi Zəngəzurda layihələrə şirkətlərin, ekspertlərin cəlbi ilə bağlı effektiv ola bilər, imkanlar barədə şirkətləri məlumatlandıra bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR