Biznesinizin müştəri və gəlirini artıra bilərsiniz - NC GROUP

Biznesinizin müştəri və gəlirini artıra bilərsiniz - NC GROUP
# 19 yanvar 2023 10:40 (UTC +04:00)

NC Group Azərbaycanda marketinq xidmətləri sahəsində ixtisaslaşan və peşəkar xidmət göstərən şirkətdir. Fəaliyyətə başladığı gündən şirkətin əsas missiyası tərəfdaşları üçün marketinq işinin düzgün qurulması olub.

NC Group-un geniş çeşiddə veb inkişafı və marketinq xidmətləri təklif edən agentlik olduğunu deyən şirkətin direktoru Rüstəm Hacıyev əlavə edib ki, hər zaman müştəriləri üçün bizneslərini inkişaf etdirməyə və brend şüurunu artırmağa kömək edən uğurlu layihələr hazırlayırlar:

“Biz uzun illər davam edən təcrübəmizə əsaslanıb əminliklə deyə bilərik ki, biznes rəqabət üstünlüyü üzərində qurulmalı və müştəri yönümlü olmalıdır. Gücümüz və üstünlüyümüz ondadır ki, komandamız müxtəlif marketinq fəaliyyəti üzrə ixtisaslaşmış peşəkarlardan ibarətdir. Bizim üçün ideyalarımızın faydalı, başa düşülən və ən əsası effektiv olması daha önəmlidir”.

NC Group brendlərə fərdi yanaşır və dəyərlərini öyrənir, layihənin özəlliyini vurğulayan unikal strategiyalar hazırlayır, dizaynerlər, kopirayterlər, menecerlər, targetoloqlar – bir sözlə peşəkar komanda kreativ ideyalarla zəngindir. Burda veb, SMM, CEO və SEM, video və foto çəkilişlər, Google my business, E-mail marketinq, SMS marketinq, Offline marketinq, İnfluenser marketinq və s. xidmətlər mövcuddur.

Şirkətdə yüksək ixtisaslı və sertifikatlı rəqəmsal marketoloqlar, veb sayt tərtibatçıları, qrafik dizaynerlər, SEO və ən yaxşı rəqəmsal həlləri təqdim etmək üçün çalışan layihə koordinatorlarından ibarət komanda çalışır.

Qeyd edək ki, 2020-ci ildə fəaliyyətə başlayan NC Group bu günə qədər bir çox şirkətlərlə uğurlu tərəfdaşlıq əlaqələri qurub, 100-dən çox uğurlu layihəyə start verib.

Siz istəyin, biz hazırlayaq!

Əlaqə:

+994 51 230 26 16

https://ncgroup.az/

https://instagram.com/nc_group

https://m.facebook.com/nc.group.marketing

https://youtube.com/@nc_group

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR