BMT-nin eksperti: "Azərbaycanda evdə istifadə edilən yağlar təkrar emal oluna bilər"

BMT-nin eksperti: "Azərbaycanda evdə istifadə edilən yağlar təkrar emal oluna bilər"
# 28 sentyabr 2022 11:05 (UTC +04:00)

"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sosial sahibkarlıq mövzusuna uyğundur.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin İnkişaf Proqramının sosial sahibkarlıq üzrə beynəlxalq eksperti Lana Lovaşiç deyib.

Onun sözlərinə görə, strategiyada yaşıl artım ölkəsinə keçid, ətraf mühit məsələləri, sosial sahibkarlığın inkişaf etdirilməsi üçün mexanizmlərin tətbiqi kimi məsələlər öz yerini tapır.

"Əslində sosial sahibkarlığın həll etməyə çalışdığı istiqamətlər məhz orda öz əksini tapıb və bu çox sevindirici haldır. İnnovasiya burda əsas öz rolunu tapır və sırf sosial sahibkarlıqda da odur ki, siz innovativ həllər gətirərək, sosial problemlərə bir növ xitab edə biləsiniz.

Azərbaycanda sosial sahibkarlıq sahələrinə gəldikdə, Lana Lovaşiç əlavə edib ki, burada misal olaraq evdə istifadə edilən yağların təkrar emal olunması ilə onların texniki istifadəsini göstərmək olar.

"Daha sonra kənd yerində yaşayan qadınları işə cəlb etməklə toxunma əşyaların hazırlanması. Ümumi olaraq müxtəlif sahələr var. Bəziləri ətraf mühit məsələləri ilə məşğul olur. Əksəriyyətinə baxsaq görərik ki, qadın hüquqlarının təşviqi, daha çox həssas qrupa daxil olanların işə alınması kateqoriyaları daha məşhurdur burada",- deyə Lana Lovaşiç əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR