BMT-nin İnkişaf Proqramı Azərbaycanda sosial sahibkarlıq üzrə tövsiyələr hazırlayıb

BMT-nin İnkişaf Proqramı Azərbaycanda sosial sahibkarlıq üzrə tövsiyələr hazırlayıb
# 28 sentyabr 2022 10:43 (UTC +04:00)

BMT-nin İnkişaf Proqramı Azərbaycanda sosial sahibkarlıq üzrə tövsiyələr hazırlayıb.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin İnkişaf Proqramının sosial sahibkarlıq üzrə beynəlxalq eksperti Lana Lovaşiç deyib.

Onun sözlərinə görə, sosial sahibkarlıq üzrə Azərbaycanda bu ilin aprel ayından aparılan araşdırmalar üzrə iki istiqamətdə tövsiyyələr hazırlanıb.

"Bizim hazırladığımız siyasətlər iki istiqamətdə təqdim olunub. Birinci siyasət tövsiyyələri, hansı ki, burda fiskal həvəsləndirmələrin göstərilməsi, vergi ilə bağlı müəyyən güzəştlərlərin olması, sosial sahibkarlara maliyyə baxımından dəstəyin göstərilməsi də bu istiqamətdə potensial maliyə tərəflərin maarifləndirməsi də aiddir. Yəni siyasət səviyyələrində bunlar öz əksini tapıb", - deyə Lana Lovaşiç qeyd edib.

O, həmçinin, əlavə edib ki, ikinci istiqamət üzrə ümumi ekosistemin inkişaf etdirilməsi üçün tövsiyələrdir ki, insanlar bu haqda bilsinlər və birinci olaraq sosial sahibkarlığın tərifi Azərbaycanda qəbul olunsun.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR