Böyük otellər şəbəkəsi Rusiyanı tərk edir

Böyük otellər şəbəkəsi Rusiyanı tərk edir
# 28 iyun 2022 16:57 (UTC +04:00)

“Holiday Inn”, “Crowne Plaza” və “HUALUXE” kimi brendlərin sahibi olan Böyük Britaniyada yerləşən Inter Continental Hotels Group (İHG) Rusiyadakı bütün fəaliyyətini dayandırdığını açıqlayıb.

APA-Economics” xəbər verir ki, bu barədə şirkətin internet saytında dərc edilən bəyanatda deyilib. “Hazırda biz Böyük Britaniya, ABŞ və Aİ-nin sanksiyalarını və Rusiyada fəaliyyətdə artan çətinliklərini nəzərə alaraq bütün əməliyyatları bağlamaq prosesindəyik”.

Bəyanatda bildirilib ki, bunu etməklə, şirkət öz xalqına, fəaliyyət göstərdiyi icmalara qayğı göstərir və öhdəliyinə uyğun olaraq Rusiya ilə Ukraynadakı komandalarını dəstəkləməyə davam edir.

Qeyd edək ki, IHG Qərb sanksiyaları səbəbindən Rusiyanı tərk edən ilk otellər şəbəkəsi deyil. "Marriott" və "Hilton" da bu ilin əvvəlində oxşar açıqlamalar verib. Bir çox beynəlxalq şirkətlər isə fəaliyyətini ya dayandırıb, ya da Rusiyanı tərk edib.

O cümlədən restoranlar, mağazalar şəbəkəsi, geyim markaları, banklar, texnologiya və enerji şirkətləri də bu sıradadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR