Bu həftə İsveçrə-Azərbaycan hökumətlərarası Birgə Komissiyanın iclası keçiriləcək

Bu həftə İsveçrə-Azərbaycan hökumətlərarası Birgə Komissiyanın iclası keçiriləcək
# 25 iyun 2019 18:34 (UTC +04:00)

İyunun 27-29-də Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrəyə səfərə gedəcək.

APA-Economics”in İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası, İsveçrə rəsmiləri ilə görüşlər keçiriləcək, biznes forum təşkil ediləcək, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR