Bu il Azərbaycan şəkər ixracını 78% artırıb

Bu il Azərbaycan şəkər ixracını 78% artırıb
# 16 mart 2023 17:41 (UTC +04:00)

Bu ilin yanvar- fevral ayı ərzində Azərbaycan 7 mln. 385.17 min dollar dəyərində 10 min 38.82 ton şəkər ixrac edib.

APA-Economics” Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən şəkərin dəyəri 78.4% və ya 3 mln. 247.19 min dollar, həcmi isə 59.2% və ya 3 min 733 ton artıb. 2022-ci ilin eyni dövründə Azərbaycandan 4 mln. 137.98 min dollar dəyərində 6 min 305.58 ton şəkər ixrac edilib.

Xatırladaq ki, cari ilin yanvar ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0.07%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0.90%-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR