Bu il Azərbaycanda işsizliyin səviyyəsi azalıb

Bu il Azərbaycanda işsizliyin səviyyəsi azalıb
# 21 fevral 2023 12:09 (UTC +04:00)

Cari ilin yanvar ayında Azərbaycanda işsiz statuslu şəxslərin sayı 302.4 min nəfərə bərabər olub.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründə 315.8 min nəfərə bərabər idi. İşsizlərin sayının azalması nəticəsində ölkədə işsizlik səviyyəsi 5.95%-dən 5.6%-ə qədər azalıb.

Qeyd edək ki, hesabat dövründə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 mln. 358,9 min nəfər olub, onlardan 5 mln. 056,5 min nəfərini məşğul əhali təşkil edib.

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR