Bu il daşınmaz dövlət əmlakının icarəsindən 38,1 mln. manat vəsait əldə olunub

Bu il daşınmaz dövlət əmlakının icarəsindən 38,1 mln. manat vəsait əldə olunub
# 21 iyul 2022 10:48 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində ümumilikdə 2 112 yeni icarə müqaviləsi bağlanılıb.

Əmlak Məsələləri Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bundan 465-i qeyri-yaşayış sahələri üzrə, 1 647-si isə torpaq sahələrinə dair olub. Bu, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9 dəfə çoxdur.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin ilk 6 ayı ərzində dövlət büdcəsinə ümumilikdə 12,3 mln. manata yaxın vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, hesabat dövründə dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 38,1 mln. manat vəsait büdcəyə daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR