Bu il Naxçıvanda sahibkarlıqla məşğul olan 383 fiziki şəxs qeydiyyata alınıb

Bu il Naxçıvanda sahibkarlıqla məşğul olan 383 fiziki şəxs qeydiyyata alınıb
# 10 fevral 2023 17:16 (UTC +04:00)

Cari ilin yanvar ayı üzrə Naxçıvan Muxtar Respublikasında vergi daxilolmaları 9 mln. 953 min manat təşkil edib və proqnoz 112,1% yerinə yetirilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 1 mln. 71 min manat olub. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 10 mln. 209 min manat olmaqla, proqnoza 119,1% əməl edilib, 1 mln. 639 min artıq vəsait toplanıb.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 249 min manat olub, proqnoza 128,4% əməl edilib. Proqnozlaşdırılan məbləğdən artıq toplanan vəsait 55 min manat olub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 1 mln. 510 min manat olub, büdcəyə nəzərdə tutulandan 123 min manat artıq vəsait daxil olub.

Ötən ay ərzində 47 hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 383 fiziki şəxs qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR